
Zəfərin yolu
Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulur.
Rəşadətli Azərbaycan Ordusunun qətiyyətli və sarsıdıcı zərbələri nəticəsində geri çəkilən və bölmələrimizlə qarşılaşmağa cürət etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tutur.