Zəfərin yolu
Döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır. Bu tədbirlərin keçirilməsində məqsəd Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də xalqımızın orduya dəstəyi və etimadını hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin daha da yüksəldilməsidir.
Əyani təbliğat-təşviqat tədbirləri çərçivəsində Ali Baş Komandanın müraciətləri, təbrikləri...
İstanbulun mərkəzi və ən çox turist qəbul edən bölgələrindən biri olan tarixi Bəyazıt Meydanında qardaş Azərbaycan Ordusuna dəstək və düşmən üzərində qələbəni qeyd etmək məqsədilə möhtəşəm mitinq keçirilib.
“Ya Qarabağ, ya ölüm” şüarı ilə keçirilən aksiya İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə baş tutub.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mitinqdə Ordumuza dəstək şüarları səsləndirilib, sevinc hissləri...
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Bu barədə Xidmətdən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi...
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait ayrılması barədə qərar qəbul edib.
BMTM-dən bildirilib ki, mərkəzin rəhbərliyi və əməkdaşları könüllü qaydada aylıq əməkhaqlarından ordumuza maliyyə dəstəyi olaraq ianə ayırıblar.
Qeyd edək ki, mərkəzin əməkdaşları təmas xəttində gedən atışmalarla bağlı ölkəmizə qarşı aparılan informasiya kampaniyalarının qarşısını almaq və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bağlı haqq...
Gürcüstanın paytaxtı Tbilisinin Soğanlıq (Poniçala) qəsəbəsində Azərbaycana dəstək aksiyası keçirilib.
20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə təşkil olunana aksiyada əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Hər iki ölkənin azadlığı və suverenliyi uğrunda şəhid olan qəhrəmanların xatirəsi ehtiramla yad olunub.
Aksiyada qəsəbə sakinləri ilə yanaşı, Tbilisi, Marneuli, Dmanisi, Bolnisi və digər bölgələrdən olan soydaşlarımız iştirak ediblər.
Əllərində Azərbaycanın, Gürcüstan və Türkiyənin...
Rusiyada fəaliyyət göstərən Azərbaycan icmaları Konfederasiyası Ermənistanın Azərbaycana qarşı təxribatları və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan ziyalılarının nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi əməliyyatlar zamanı həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xalqımıza başsağlığı verilib.
Dəyirmi masanı giriş sözü ilə açan Rusiyadakı Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov...