05
Oktyabr

5 Oktyabr

Orduya dəstək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparatının işçiləri Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparatının işçiləri bir aylıq əməkhaqlarını işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.