Orduya dəstək
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarından Silahlı Qüvvələrə Yardım Fonduna ianə
Bu gün hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Ordumuzun uğurlu əməliyyatlarından qürur duyur və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə tezliklə zəfər çalacağımıza inanır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, komitənin əməkdaşları da ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə mübarizə aparan Azərbaycan Ordusuna dəstək kampaniyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.