05
Oktyabr

5 Oktyabr

Orduya dəstək

“Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 min manat köçürüb

Ölkənin müasir fermer təsərrüfatlarından biri olan “Sabirabad müasir istixana kompleksi BVB kəndli fermer təsərrüfatı” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb.

MMC bu şərəfli dövrdə Silahlı Qüvvələrə Yardım Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycanındır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.