Orduya dəstək
"Zəfər" - DSX-dan motivasiya videosu
Rəşadətli Azərbaycan Ordusu xalqımıza böyük qələbə sevinci yaşatmaqda davam edir. Son günlər bir çox ərazilərimizin işğaldan azad edilməsi soydaşlarımıza bayram ab-havası bəxş edib, zəfər xəbərləri insanlar arasında ruh yüksəkliyi yaradıb.
Belə xoş günlər yaşadığımız məqamda Dövlət Sərhəd Xidməti tərəfindən yeni videoçarx hazırlanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.