Orduya dəstək
Azərbaycan Ağsaqqallar Şurası Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan rəşadətli Ordumuza dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 60 min manat vəsait köçürüb.
Bu barədə Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.