05
Oktyabr

5 Oktyabr

Orduya dəstək

Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə əlaqədar Azərbaycan ordusu əks-hücuma keçib. Nəticədə işğal altındakı ərazilərimizin bir hissəsi şanlı ordumuz tərəfindən azad edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən verilən məlumata görə, əməkdaşlar Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna öz maaşlarından vəsait köçürüblər. Məlumatda deyilir: “Mübariz ordumuzun növbəti zəfər xəbərlərini tezliklə eşidəcəyimizə tam əminik. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.