Yerli media
Erməni faşistləri Ağdam rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir (Azərtac)
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Düşmənin artilleriya atəşi nəticəsində rayonun Təzəkənd kəndində 3 evə, modul tipli məktəbə və çayxanaya ziyan dəyib, 3 baş heyvan tələf olub. Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 3 ev dağılıb, 10 evə ziyan dəyib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.