06
Oktyabr

6 Oktyabr

Yerli media

Lord Devid Evans: Mülki şəxslərə qarşı hücumlar Ermənistanın nə qədər aqressiv olduğunun göstəricisidir ​(Azərtac)

Mən dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə öz xoş arzularımı çatdırıram. O, Azərbaycan xalqı üçün mükəmməl şəxsdir.

Bu sözləri Böyük Britaniya parlamentində Lordlar Palatasının üzvü Devid Evans deyib.

“Müharibəyə görə həyatını itirən şəxslərə görə dərin kədər hissi keçirirəm və ailələrinə başsağlığı verirəm. İnsanlar həyatlarını itirir və yaralanırlar, bu, çox kədərlidir. Mülki şəxslərə qarşı olan bu hücumlar Ermənistanın nə qədər aqressiv olduğunun göstəricisidir. Mən istəyərdim ki, müharibə sona çatsın, tezliklə nəticə əldə olunsun, beynəlxalq arenada Azərbaycan əraziləri kimi tanınan torpaqları özünə qaytarılsın”, - deyə Lord Evans bildirib.

O, bu gün Türkiyənin Xarici İşlər nazirinin Azərbaycana səfərindən söz açaraq deyib: “Düşünürəm ki, bu səfər hər iki tərəf üçün yaxşı nəticə verəcək”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.