Yerli media
Aleksandr Kostin: Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək borcumuzdur (Azərtac)
Əvvəla, mən Rusiya ictimaiyyətinə müraciət edirəm. Rusiya telekanallarında ən aktual mövzulara həsr olunan çoxsaylı tok-şoular aparılır. Mövzular aydındır, məntiqi təhlillərə əsaslanır. Təəccüblüsü budur ki, Qarabağ məsələsinə gəldikdə, belə təəssürat yaranır ki, otuz il ərzində şərhçilər hələ də mövzuya girməyiblər. Doğrudur, etibarsız məlumatlar hamısı bir tərəfə. Axı, ən əsas və prinsipial məsələ nədir – müharibə kimin torpağında gedir? Şübhəsiz ki, Azərbaycan torpağında. Bu torpaqlar otuz il əvvəl Ermənistanın işğal etdiyi torpaqlardır. Azərbaycan isə öz torpaqlarını beynəlxalq normalara uyğun olaraq, tamamilə qanuni əsaslarla azad edir.
Bu fikirləri Azərbaycan jurnalistikasının veteranı Aleksandr Kostin söyləyib.
A.Kostin vəziyyətin gərginləşməsinin səbəbi ilə bağlı fikrini bildirərək deyib ki, Ermənistanda hakimiyyətə dünyada rəngli inqilabların əsas təşkilatçısı və benefisiarı olan Corc Soros və qrupu tərəfindən praktik təyin edilmiş Paşinyan gəldi: "Onlar çox əziyyətlə nail olunan çoxqütblü dünyanın, bərabər, azad xalqlar dünyasının yaradılması prosesini dayandırmaq istəyirlər. Buna görə də müharibə qaçılmaz idi, çünki dağıdıcı qüvvələr hakimiyyətə gələndə müharibə həmişə qaçılmaz olur".
A.Kostin qeyd edib ki, bu gün Azərbaycan xalqı Vətənini qorumaq üçün bir yumruq kimi birləşib: "Ölkəmizin ərazi bütövlüyünü qorumaq hər kəs üçün şərəf işidir. Etnik mənşəyindən asılı olmayaraq biz hamımız azərbaycanlıyıq, çünki bizim hamımızı bir torpaq yetişdirib. Biz 10 milyonuq, bizim vəzifəmiz və şərəfimiz Vətənimizin bütövlüyünün, tarixi ədalətin bərpasıdır. Hərbi qeydiyyat komissiyalarındakı növbələr mənə 1941-ci il tarixindən görüntüləri xatırlatdı. Zəfər bizim olacaq!"