06
Oktyabr

6 Oktyabr

Yerli media

Tomas Qolts: Ermənistan çalışır ki, Dağlıq Qarabağ münaqişəsinə xaricdən müdaxilə olsun (Trend)

Azərbaycanın mülki əhalisinə və infrastrukturuna hücum etməklə, çarəsiz Ermənistan Azərbaycanı cavab tədbirlərinə vadar etməyə və bununla da xaricdən, məsələn Rusiyadan müdaxilənin baş verməsinə çalışır.

Bunu amerikalı jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts deyib.

O ümidvar olduğunu bildirib ki, Azərbaycan bu təxribata uymayacaq və işğal olunmuş ərazilərinin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları davam etdirəcək.

Kanadalı jurnalist Maykl Geller isə öz növbəsində Trend-ə bildirib ki, bütün ağıllı insanlar Azərbaycan Müdafiə nazirinin Ermənistan ərazisindən Azərbaycan ərazilərinin atəşə tutulmasının təxribat xarakteri daşıdığı və Ermənistanın döyüş əməliyyatlarının ərazisini genişləndirdiyi barədə bəyanatı ilə razılaşır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.