06
Oktyabr

6 Oktyabr

Yerli media

İsrailli ekspert: Ermənistan Azərbaycanın şəhərlərini atəşə tutaraq yerli əhalini qorxutmaq istəyir (Trend)

Ermənistan qoşunlarının Azərbaycanın şəhərlərini atəşə tutması bir məqsəd daşıyır, yerli əhalini qorxutmaq və onları hökumətə müharibəni tezliklə qurtarması üçün təzyiqə vadar etmək.

Bunu israilli ekspert Mixail Finkel deyib.

Ekspert bildirib ki, bu, onların yeganə hədəfidir:

“Erməni qoşunlarının dinc sakinləri atəşə tutması Cenevrə konvensiyasının və beynəlxalq humanitar hüququn pozulması deməkdir. Təəssüf ki, biz Ermənistanın əməllərini pisləyən uca səsləri eşitmirik. Biz tamamilə başqa oyun görürük. Ya tamamilə susurlar və münaqişəni diqqətə almırlar, ya da hər iki tərəfi pisləyərək münaqişəni dayandırmağa çağırırlar”.

Ekspert əlavə edib ki, Fransanın Ermənistan tərəfini dəstəkləməsi bu ölkədə böyük erməni icmasının olması ilə izah edilir:

“Fransa prezidentinin çıxışlarında erməniyönümlü və anti-Azərbaycan təbliğat müşahidə olunur”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.