Yerli media
Rusiyalı ekspert: "Dinc şəhərləri atəşə tutmaq yolverilməzdir" (Report)
"Azərbaycanın dinc əhalisinin və yaşayış məntəqələrinin Ermənistan tərəfindən atəşə tutulması qəti yolverilməzdir".
Bunu rusiyalı şərqşünas - türkoloq Yuri Mavaşev bildirib.
“Bu, məsələni daha da kəskinləşdirir. Məndə olan məlumata görə, son 48 saat ərzində ikinci dəfədir Mingəçevir su anbarı atəşə tutulub. Bu, xalis təxribat əməlidir. Ermənistan tərəfindən orta mənzilli raketlərin tətbiq olunması təsdiqlənmiş dəqiq məlumatdır. Və bu da qətiyyən yolverilməzdir”, - rusiyalı alim qeyd edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.