01
Oktyabr

1 Oktyabr

Yerli media

Egemen Bağış: Azərbaycan illərdir işğal altında olan torpaqlarını azad etmək üçün öz iradəsini ortaya qoyub (Trend)

Azərbaycan haqlı mübarizəsində lazımı addımlar ataraq illərdir işğal altında olan torpaqlarını azad etmək üçün öz iradəsini ortaya qoyub.

Bunu Türkiyənin sabiq Avropa İttifaqı İşləri üzrə naziri, hazırda ölkənin Praqadakı səfiri Egemen Bağış deyib.

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın bu haqlı mübarizəsini dəstəkləyir: “Türkiyədə dövlət başçısından tutmuş sadə vətəndaşa qədər, 85 milyon insan bu məsələdə Azərbaycanla birlikdədir. Biz qardaş Azərbaycana hər cür dəstək göstərməyə hazırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Türkiyədən minlərlə məktub gəldiyini, azərbaycanlılarla çiyin-çiyinə döyüşmək istəyənlərin olduğunu bildirdi və təşəkkür edərək Azərbaycanın özünün güclü ordusu olduğunu vurğuladı".

E.Bağış əlavə edib ki, Türkiyə Heydər Əliyevin “bir millət iki dövlət” fikrini yaşatmaqda qərarlıdır: "İyulun 15-də Türkiyənin ən çətin günündə ilk yardıma gələn Azərbaycan oldu. Türkiyə də hər zaman ən çətin gündə Azərbaycanın yanındadır”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.