Yerli media
Erməni faşizmi davam edir: Arayatlı kəndində evlərə ciddi ziyan dəyib (Azərtac)
Erməni təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəfə alan düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.
Atılan mərmilər nəticəsində bir neçə evə ziyan dəyib.
Kənd sakini Vüqar Xudiyev bildirib ki, düşmən tərəfindən atılan mərmi həyətinə düşüb. Evin damı, divarları, həmçinin həyətdə olan traktor, su boruları yararsız vəziyyətə düşüb.
Həmçinin erməni faşistləri Füzulidə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsini də hədəfə alıb. Türbəyə ciddi ziyan dəyib. Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.