01
Oktyabr

1 Oktyabr

Yerli media

Erməni hərbçilərinin müharibə cinayətləri: Tərtərdə onlarla ev, ticarət və iaşə obyektləri dağıdılıb (Azərtac)

Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Oktyabrın 1-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində evlərə ciddi ziyan dəyib.

Həmçinin infrastruktura, kənd təsərrüfatı texnikalarına ziyan dəyib, mal-qara tələf olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.