05
Oktyabr

5 Oktyabr

Xarici media

Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raket və artilleriya hücumu müharibənin genişlənməsinə səbəb ola bilər.

Bu barədə Yaponiyanın nüfuzlu JIJI RESS agentliyi və NHK telekanalı məlumat yayıb. Məlumatlarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadla hücum nəticəsində bir nəfərin həlak olduğu və bir neçə nəfərin yaralandığı qeyd edilib. Vurğulanıb ki, Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən bombardman edilməsi Dağlıq Qarabağ uğrunda münaqişənin genişlənməsi məqsədi daşıyır.

Bununla yanaşı, məlumatlarda Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən digər şəhərlərini də ağır artilleriyadan və raketlərdən atəşə tutduğu əksini tapıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.