05
Oktyabr

5 Oktyabr

Xarici media

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevin geniş müsahibəsini dərc edib.

Azərbaycan səfiri müsahibəsində sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı növbəti hərbi təxribat barədə bir sıra vacib məqamları diqqətə çatdırıb.

Ermənistan rəhbərliyinin heç bir vəchlə diplomatik danışıqlara və beynəlxalq hüququn tələblərinə məhəl qoymadığını bildirən səfir bu gün xalqımızın öz ərazisində məhz öz torpaqları naminə vuruşduğunu qeyd edib.

Ermənistan rəhbərliyinin dayanmadan öz irredentist siyasətinin konsepsiya və doktrinasını genişləndirdiyinə diqqət çəkən diplomat cari ilin iyulunda qəbul edilmiş Ermənistanın milli təhlükəsizlik strategiyasının aşkar şəkildə təcavüzkar hədəflər müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, həmin strategiya “yeni ərazilər üçün yeni müharibə” yanaşmasını mənimsəyib.

Həmçinin səfir Q.Allahverdiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dost və qardaş Malayziya xalqının uzun illərdir ədalətli mövqe nümayiş etdirdiyini, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. Misal olaraq Ermənistanın hazırda davam edən hərbi təxribatları ilə əlaqədar sentyabrın 29-da Malayziya Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanatın önəminə diqqət çəkib, bu qətiyyətli mövqeyə görə Malayziya hökumətinə və xalqına minnətdarlığını ifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.