12
Oktyabr

12 Oktyabr

Xarici media

“EU Politics” nəşri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin yaşayış məhəllələrinin atəşə tutulması barədə yazıb.

Nəşr Azərbaycan Prezidenti İlham Əliyevin atəşkəs əldə olunan vaxtda törədilən bu cinayətin müharibə cinayəti kateqoriyasına aid olduğu və indi bu hücumun nəticələrinə görə bütün siyasi və mənəvi məsuliyyəti Ermənistanın daşıması barədə sözlərini sitat gətirib.

Nəşrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın törətdiyi hərəkətlərin terror xarakteri daşıması barədə dediyi sözlər də verilib.

Materialda, həmçinin cinayət yerindən çəkilmiş fotolar da yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.