13
Oktyabr

13 Oktyabr

Cənubi Koreyada ingilis dilində nəşr olunan nüfuzlu “The Korea Post” qəzeti Ermənistanın hərbi təxribatları və onun nəticəsində yaranmış vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları barədə geniş məqalə yayımlayıb.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovla müsahibə əsasında hazırlanan məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən xeyli aralıda yerləşən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutmasından, mülki...

13
Oktyabr

13 Oktyabr

Kolumbiyanın ən aparıcı mətbu orqanlarından olan “El Espectador” qəzetində səfir Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.

Müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin...

13
Oktyabr

13 Oktyabr

Oktyabrın 11-də Ermənistan hərbi qüvvələri tərəfindən Gəncə şəhərinə raket atılması və nəticədə 9 mülki şəxsin həlak olması, eləcə də 35 şəxsin, o cümlədən azyaşlıların yaralanması ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən Niderland Xarici İşlər Nazirliyinə, parlamentə, siyasi partiyalara, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlara, insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə, KİV-lərə və Azərbaycan icmasına məlumat verilib.

Bu barədə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyindən məlumat verib.

13
Oktyabr

13 Oktyabr

Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.

Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.

Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox...

13
Oktyabr

13 Oktyabr

Misirin informasiya portalları işğalçı Ermənistanın Moskvada elan edilmiş humanitar atəşkəs rejimini pozması barədə xəbərlər yerləşdirib.

geniş oxucu auditoriyasına malik “Almasryalyoum” nəşrində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın humanitar atəşkəsi pozması, yaşayış məntəqələrinə, o cümlədən ölkəmizin ikinci şəhəri olan Gəncəyə raket zərbələri endirməsi barədə bəyanatı yayılıb.

“Elamwal” informasiya portalı isə Gəncənin raket hücumuna məruz qalması, mülki obyektlərin və evlərin dağıdılması, dinc sakinlərin həlak olması barədə material yerləşdirib.

Misirin “Aldiplomasy”,...

13
Oktyabr

13 Oktyabr

BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.

Reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir. BBC-nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə bu insanların yaşadığı...

13
Oktyabr

13 Oktyabr

Almaniyanın “Ludwigsburger Kreiszeitung” qəzetində Azərbaycanın bu ölkənin Ştutqart şəhərindəki fəxri konsulu O.Hauzerin “Din heç bir rol oynamamalıdır” sərlövhəli müsahibəsi dərc olunub.

Müsahibədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytaracağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinə tezliklə son qoyula biləcəyi qeyd olunur. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistandan Azərbaycan torpaqlarının qanunsuz hərbi işğalına son qoymaq, eləcə də ermənilər tərəfindən deportasiya olunmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi...

13
Oktyabr

13 Oktyabr

Avstraliyada fəaliyyət göstərən Avstraliya-Azərbaycan-Türkiyə Dostluğu Cəmiyyətinin saytı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Gəncəyə səfəri barədə məqalə yayıb.

Məqalədə Ermənistan ordusunun Gəncə şəhərinə raket hücumu və dinc sakinləri qətlə yetirməsindən sonra təşkil edilən səfərdə Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri iştirak etməsi əksini tapıb.

Qeyd olunub ki, əcnəbi diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin...

13
Oktyabr

13 Oktyabr

İsveçin “Aftonbladet” qəzetində İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

Məqalədə SUAZ-ın sədri Mahirə Muxtarova daha əvvəl İsveç mediasında yayılan və faktlara əsaslanmayan məlumat və məqalələrə etiraz edərək yazır: “Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən, ilk növbədə, indiki döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində getdiyi qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən, Ermənistan qoşunlarını Azərbaycanın...

13
Oktyabr

13 Oktyabr

Moldovanın NOİ.MD informasiya portalında Azərbaycanın Moldovadakı səfirliyinin açıqlaması yayımlanıb.

“Azərbaycan”: Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır" sərlövhəli yazıda humanitar atəşkəsi pozan və bu atəşkəsin arxasında gizlənən Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri Gəncə əhalisinin sıx məskunlaşdığı yaşayış hissəsini atəşə tutması qeyd olunub.

“Ermənistan Azərbaycan mülki vətəndaşlarına hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”, - deyə səfirliyin bəyanatında bildirilir.

Bundan əlavə bəyanatda vurğulanır ki, 10 oktyabr saat 12:00-da humanitar...

13
Oktyabr

13 Oktyabr

Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Azərbaycanın haqq səsini ərəb dünyasına çatdıraraq, beynəlxalq ictimaiyyəti və təşkilatları işğala son qoymaq üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.

Telejurnalist “BMT və beynəlxalq insan hüquqları təşkilatları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hücumlarına qiymət verməlidir” sərlövhəli məqaləsində Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu qeyd edib. O...

13
Oktyabr

13 Oktyabr

Oktyabrın 9-da Moskvada imzalanan və sülhə ümidverici ilk addım olan atəşkəs çox kövrək idi. Elə humanitar atəşkəsin qüvvəyə mindiyi günün gecəsində Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. Özünü “insan hüquqları müdafiəçisi” kimi təqdim edən Fransa Gəncədə mülki insanların bombardman edilməsinə münasibət bildirməli və bu hücumu pisləməli idi. Ən azı gələcəkdə günahkarların müharibə cinayətləri ilə mühakimə edilməsi üçün...

13
Oktyabr

13 Oktyabr

Fransa “vasitəçi” qismində Dağlıq Qarabağ münaqişəsində “qərəzsiz” (neytral) qalmalıdır deyən Fransa diplomatiyasının rəhbəri Jan-İv Lö Dryan fransız deputat və merlərinin çağırışını rədd edib.

1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək.

Fransa Xarici İşlər naziri bu fikirləri Milli Assambleyada erməni lobbisinin təsiri altında olan bir...

13
Oktyabr

13 Oktyabr

Alman jurnalist, enerji məsələləri, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə mütəxəssis Birqit Vetselin internet səhifəsində “Beynəlxalq maraqlar arasında mübarizə: Qarabağ, Ermənistan və Azərbaycan” başlıqlı məqalə dərc olunub .

Məqalədə vəziyyətin çox təhlükəli olduğu, Dağlıq Qarabağdakı müharibənin beynəlxalq münaqişəyə səbəb ola biləcəyi vurğulanır. Bildirilir ki, sözügedən region beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur. Azərbaycan “de fakto” olaraq həmin...

13
Oktyabr

13 Oktyabr

Foreign Policy News” Amerika nəşrində dərc olunmuş “Dağlıq Qarabağda şiddətli döyüşlər gedir” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən və ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

Məqalədə sovet hakimiyyəti qurulana qədər Azərbaycanın Dağlıq Qarabağ regionunda və Ermənistanın özündə azərbaycanlıların çoxluq təşkil etməsindən, həmçinin ötən əsrin əvvəllərində bolşeviklər tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından söhbət açılır. Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etməsi və ATƏT-in Minsk...

13
Oktyabr

13 Oktyabr

Türkiyənin kütləvi informasiya vasitələri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hücumlar həyata keçirməsi nəticəsində yaranmış hərbi gərginlik barədə fasiləsiz olaraq məlumatlar yaymaqdadır.

Qardaş ölkə KİV-ləri hərbi meydanda rüsvayçı məğlubiyyətlə barışmayan düşmən ordusu azğınlaşaraq Azərbaycanın dinc əhalisini hədəfə alığını qeyd edirlər. Bildirilir ki, düşmən ordusunun oktyabrın 10-da Gəncə şəhərinə ballistik raket atması nəticəsində çoxsaylı insan tələfatı media və ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Vurğulanıb ki, Azərbaycanın dinc əhalisinin hədəfə alınması ermənilərin...

13
Oktyabr

13 Oktyabr

İspaniyanın böyük oxuyucu kütləsinə malik “EL ESPAÑOL” elektron portalında “Qarabağ Azərbaycandır, atəşkəs Bakıda əhalinin hərbi əməliyyatların davam etməsi ilə bağlı çağırışlarının qarşısını ala bilməz” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində azərbaycanlıların öz doğma torpaqlarından didərgin salındığı, mülki şəxslərin həlak olduğu qeyd edilir.

Bildirilir ki, “Qarabağ Azərbaycandır” şüarı hazırda sosial şəbəkələrdə, televiziyada, yaşayış binalarının üzərində geniş şəkildə nümayiş olunur.

Vurğulanır ki, 30...

13
Oktyabr

13 Oktyabr

Honkonqda nəşr olunan nüfuzlu “South China Morning Post” qəzetinin saytında Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan hərbi təxribatları və onun nəticəsində yaranmış vəziyyət barədə məqalələr yerləşdirilib.

“Ermənistan ilə Azərbaycan arasında toqquşmalar yenidən başlarkən Çin bu məsələdə nə üçün neytral qalmamalıdır?” sərlövhəli məqalədə Sovet İttifaqı dağılarkən millətçilərin Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək istəyinə düşdüyü qeyd olunub. Bildirilib ki, müharibə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal...

13
Oktyabr

13 Oktyabr

Londonda fəaliyyət göstərən “EU Today” media platformasında “Ermənistan Cənubi Qafqazda yeni Srebrenitsa soyqırımı törətmək niyyətindədir?” adlı məqalə dərc edilib.

Məqalədə Rusiyanın vasitəçiliyi ilə döyüş əməliyyatlarının gedişində həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi üçün əldə olunan humanitar atəşkəs razılaşmasının qüvvəyə mindiyi andan etibarən pozulması, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirməsi və bu hücumlar nəticəsində azyaşlılar da daxil olmaqla, dinc sakinlərin həlak olması və yaralanması...