12
Oktyabr

12 Oktyabr

Xarici media

Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.

Müxbir əvvəlcə Tərtər rayonundan, burada Ermənistan ordusunun atdığı mərmilər nəticəsində dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Müəllif bildirir ki, Bakıda Rusiya jurnalistləri üçün təşkil edilmiş brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov, deputat Nizami Səfərov və “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev onları münaqişə zonasında baş verənlər barədə məlumatlandırıblar.

Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu yazır. Gəncədə yaşayış evinin tamamilə dağıldığı, ətraf tikililərə də ciddi ziyan dəydiyi bildirilir.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə Ermənistan tərəfinin atəşkəsi pozması, işğaldan azad edilmiş Cəbrayıl və Hadrutu geri qaytarmaq cəhdləri, Ağdamı atəşə tutması barədə fikirləri yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.