12
Oktyabr

12 Oktyabr

Xarici media

Nüfuzlu “Frankfurter Allgemeine” qəzetində Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə videoreportaj yerləşdirilib.

Kadrlarda Gəncə şəhərinin yaşayış məhəllələrinin gecənin bir aləmində erməni silahlı qüvvələri tərəfindən barbarcasına atəşə tutulması nəticəsində əmələ gələn dağıntılar əks olunur.

Videoreportajda bu hadisələr barədə danışan şahidlərin müsahibələri də yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.