12
Oktyabr

12 Oktyabr

Xarici media

Oktyabrın 12-də Avstraliyanın SBS telekanalı Ermənistan ordusunun Gəncəyə raket hücumu barədə kadrlar yayıb.

Kadrlarda Türkiyənin “TRT Haber” dövlət televiziya şirkəti tərəfindən təqdim edilən videomüşahidə kamerasından görüntülər yer alıb. Bildirilib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə hücum nəticəsində 9 nəfər həyatını itirib, 34 nəfər yaralanıb.

Ermənistan ordusu tərəfindən həyata keçirilən bu raket hücumunun tərəflər arasında Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəs barədə razılaşmadan cəmi bir sutka sonra həyata keçirildiyi də vurğulanıb.

Süjetdə hadisə yerinə gələn Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsinə də yer verilib. Onun hadisə ilə əlaqədar səsləndirdiyi “Ermənistan tərəfindən törədilmiş cinayətlər hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir” fikirləri də televiziya tamaşaçılarına təqdim olunub.

Gəncə şəhərinin dinc sakinlərinə hücumunu qəti şəkildə pisləyən Hikmət Hacıyev düşmənin məqsədinin əhali arasında təşviş və çaxnaşma yaratmaq olduğunu, lakin buna nail ola bilməyəcəyini vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.