03
Oktyabr

3 Oktyabr

Orduya dəstək

Ombudsman Aparatı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 AZN məbləğində pul vəsaiti köçürüb.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir: “Qeyd edək ki, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı faktlar Azərbaycan Ombudsmanı tərəfindən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməsi tələb olunur”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.