03
Oktyabr

3 Oktyabr

Orduya dəstək

Milli Məclisin sədri və deputatlar Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür

Azərbaycan Respublikası Milli Məclisinin Sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan Respublikasının Milli Məclisi olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük qələbəsinə əminik! Qarabağ Azərbaycandır!”, - deyə məlumatda qeyd edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.