03
Oktyabr

3 Oktyabr

Orduya dəstək

Bakı Şəhər və rayon İcra hakimiyyətləri ordumuza dəstək nümayiş etdiriblər

Bakı Şəhər İcra Hakimiyyətinin, onun strukturlarının və paytaxt rayon İcra hakimiyyətlərinin əməkdaşları bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.