03
Oktyabr

3 Oktyabr

Orduya dəstək

Prezidentinin Administrasiyasının rəhbər şəxsləri Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb. Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.