Orduya dəstək
“Azərenerji”dən Silahlı Qüvvələrə dəstək
Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyümüz uğrunda həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olaraq başlanan kampaniyada “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) də fəal iştirak edir.
ASC-dən bildirilib ki, səhmdar cəmiyyətin rəhbərliyi və məsul vəzifələrdə çalışan şəxslər bir aylıq məvaciblərini Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Bundan əlavə ASC cəbhəyə yardım karvanı aparıb. Eyni zamanda, cəbhə bölgəsində gedən döyüşlərdə baş verən qəzaların aradan qaldırılmasında da ASC imkanlarını səfərbər edib.
Qeyd edək ki, “Azərenerji” ASC-nin 103 əməkdaşı səfərbər olaraq döyüşlərə qatılıb. ASC-nin kollektivi Azərbaycan xalqına qələbə sevinci yaşatmaq əzmində olan Silahlı Qüvvələrimizlə qürur duyduqlarını bildiriblər.