08
Oktyabr

8 Oktyabr

Ermənistanın təcavüzkar siyasəti bütün bölgə üçün real təhlükədir.

Bu fikir “Modern diplomacy” platformasında dərc olunan politoloq Şəbnəm Həsənovanın “Ermənistanın təcavüzkar siyasəti bütün bölgə üçün real təhlükədir” sərlövhəli məqaləsində yer alıb.

Sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı və sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyinin aqressiv...

08
Oktyabr

8 Oktyabr

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt edilməyəcək.

Bu barədə İndoneziyanın nüfuzlu “PRO 3 RRİ” radiosuna müsahibəsində Azərbaycanın bu ölkədəki səfir Cəlal Mirzəyev bildirib.

Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından bu günə qədər olan proseslər haqqında ətraflı məlumat verən səfir Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladıb. Ermənistanın...

08
Oktyabr

8 Oktyabr

Azərbaycan Respublikasının Efiopiyadakı səfirliyində ölkənin aparıcı KİV-ləri üçün mətbuat konfransı keçirilib.

Səfirlikdən verilən məlumata görə, mətbuat konfransında səfir Elman Abdullayev Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı son hərbi təcavüzü, hazırda cəbhə bölgəsində yaranmış vəziyyət barədə Efiopiya KİV-lərinə ətraflı məlumat verib, geniş təqdimat keçirib və onların suallarını cavablandırıb.

Səfir Elman Abdullayev, ilk növbədə, Efiopiya mətbuat nümayəndələrinə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu vurğulayaraq, yerli KİV-ləri...

08
Oktyabr

8 Oktyabr

Özbəkistanın “human.uz” və “interpress” xəbər portallarında cəbhə zonasında son vəziyyətlə əlaqədar materiallar çap olunub.

Yazılarda Ermənistanın Yevlax rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə kaset bombalarından hücum olunub və raket kəmərin 10 metrliyinə düşüb.

Yazıda qədim Gəncə şəhərinə də kasetli raketin atıldığı bildirilir.

“Interpress.uz” portalı Ermənistanın münaqişəyə PKK terrorçularını, həmçinin Suriya və İraqdan olan muzdluları cəlb etdiyini yazır. Bildirilir ki, Azərbaycanın xüsusi xidmət orqanları PKK terrorçularının danışıqlarının...

08
Oktyabr

8 Oktyabr

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun İsrailin “The times of İsrail” portalında Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı əhəmiyyətli rol haqqında məqaləsi fransız dilində, Almaniyanın “Nex24” xəbər portalında isə Dağlıq Qarabağ münaqişəsinin dini və milli zəmində olmaması barədə məqaləsi alman dilində dərc edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, məqalədə Dağlıq Qarabağ ətrafında, xüsusilə bir sıra beynəlxalq KİV-lərdə Ermənistanla Azərbaycan...

08
Oktyabr

8 Oktyabr

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı ilə başlayan və Azərbaycan Ordusunun zəfər yürüşü ilə davam edən xalqımızın Vətən müharibəsi ilk gündən ərəb KİV-lərində geniş işıqlandırılıb.

Azərbaycanın Misirdəki səfirliyi mütəmadi olaraq bu ölkənin KİV-lərini məsələ ilə bağlı məlumatlandırıb, Prezident İlham Əliyevin xalqa müraciətini, nüfuzlu televiziya kanallarına müsahibələrini, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamalarını, Xarici İşlər və Müdafiə nazirliklərinin məlumatlarını gündəlik olaraq yerli qəzet, informasiya...

08
Oktyabr

8 Oktyabr

Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda yeni müharibə ilə əlaqədar Rusiya və İranın eyni gündə verdiyi bəyanatlardan sonra aşkar görünür ki, Yerevan Türkiyənin qəti dəstəyinə arxalanan Bakı ilə indiki hərbi qarşıdurmada siyasi və hərbi baxımdan tamamilə təcrid olunub.

Bunu Rusiyanın “Rosbalt” federal analitik informasiya agentliyi yazır.

Agentlik xatırladır ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Bu təşkilatın Nizamnaməsinə əsasən həmin blokun...

08
Oktyabr

8 Oktyabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.

“La Liberte” qəzetinin 8 oktyabr tarixli nömrəsində dərc edilmiş məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlar törətdiyini vurğulayır. Bildirir ki, Azərbaycan ərazisindəki mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəklində pozur və müharibə cinayətləri törədir. N.Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı...

08
Oktyabr

8 Oktyabr

Ölkəmizin Özbəkistandakı səfirliyində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyətlə əlaqədar yerli jurnalistlər üçün mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın son təxribatları, sentyabrın 27-dən başlayaraq işğalçı ordunun Azərbaycan mövqelərinə genişmiqyaslı hücumu, buna cavab olaraq ordumuzun əks-hücumu haqqında ətraflı məlumat verib.

Səfir deyib: “Ermənistan ordusunun Azərbaycan mövqelərinə yeni təcavüzləri son aylarda törətdiyi təxribatların, iyulun 12-dən 16-dək Tovuz istiqamətindəki hücum cəhdlərinin, avqustun 23-də Goranboy istiqamətində...

08
Oktyabr

8 Oktyabr

Bu ilin iyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl ataraq beynəlxalq sərhədlərimizi pozması, ölkəmizin çox mühüm enerji infrastrukturu üçün təhlükə yaratması, münaqişəni beynəlmiləlləşdirməyə cəhd etməsi, Ermənistan baş nazirinin son aylarda müxtəlif ölkələrdə erməni lobbisi ilə görüşləri zamanı səsləndirdiyi təxribatçı fikirlər, xüsusilə də Qarabağla bağlı söylədiyi “Qarabağ Ermənistanındır” sözləri onsuz da Azərbaycanın səbir kasasını daşırmışdı. Beləliklə, sentyabrda erməni silahlı qüvvələrinin hücumuna Azərbaycan tərəfi əks-hücumla cavab vermək barədə...

08
Oktyabr

8 Oktyabr

Misirin “Almasryalyoum” qəzetində və “Aldiplomasy” internet nəşrində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair bəyanatı yerləşdirilib.

Bəyanatda Misir ictimaiyyətinə məlumat verilib ki, siyasi partiyalar Fransa prezidenti Emmanuel Makronun sentyabrın 30-u Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərlə bağlı həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamaları, onun qərəzli şəkildə işğalçı Ermənistanı müdafiə etməsini qətiyyətlə pisləyir. Qeyd olunub ki, onun Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar...

08
Oktyabr

8 Oktyabr

Oktyabrın 8-də Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində bir qrup yerli və xarici mətbuat orqanının nümayəndələri üçün brifinq keçirilib.

Səfirlikdən bildiriblər ki, otuza yaxın mətbuat nümayəndəsinin qatıldığı brifinqdə çıxış edən səfir Elxan Poluxov Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi növbəti təcavüz və düşmənə verilən layiqli cavab haqqında məlumat verib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyini deyib. Münaqişənin həllinin...

08
Oktyabr

8 Oktyabr

Ukraynanın nüfuzlu “Qordon” nəşri Ermənistanın müharibə cinayətlərinə dair məqalə dərc edib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunun yaşayış məntəqələrini raket və artilleriya mərmilərindən intensiv atəşə tutduğu qeyd olunur.

“Oktyabrın 8-də saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin...

08
Oktyabr

8 Oktyabr

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Azərbaycan Ordusu öz ərazisində ölkəmizin ərazi bütövlüyünü qoruyur” sərlövhəli məqaləsini yayımlayıb.

Məqalədə cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutaraq, ölkəmizə qarşı növbəti təcavüzə əl atdığı, mülki əhali və hərbçilərimizin həlak olduğu, evlərə və mülki infrastruktura...

08
Oktyabr

8 Oktyabr

Misir və İordaniya KİV-ləri alimlərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq işi, ermənilərin son günlər mülki obyektlərimizi artilleriya atəşinə tutması, torpaqlarımızın işğaldan azad edilməsi barədə məqalələrini yerləşdiriblər.

“Aldiplomasy” nəşri akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının “Ermənistan-Azərbaycan münaqişəsi: Tarix və müasir yanaşma” sərlövhəli məqaləsini yayıb. Müəllif ərəb oxuculara tarixi faktlar əsasında Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması, 30 ilə yaxındır ki,...

08
Oktyabr

8 Oktyabr

Nüfuzlu “Euractiv” media şəbəkəsinin italyan versiyası olan “Euractive.it” portalında Romanın La Sapienza universitetinin dosenti Daniel Pommier Vinçellinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: tarix və din ilə heç bir əlaqəsi yoxdur” sərlövhəli məqalə dərc olunub.

Müəllif məqalədə Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə iddia edildiyinin əksinə olaraq, Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını və din ilə heç bir əlaqəsinin olmadığını izah edir.

Məqalədə XX əsrin sonlarına kimi Azərbaycanın...

08
Oktyabr

8 Oktyabr

Tacikistanın “avesta.tj” portalında yerləşdirilən məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə PKK terrorçularının, Suriyadan, Livandan, İraqdan gətirilən muzdluların vuruşduqları qeyd olunub.

Məqalədə döyüşlərdə Ermənistan ordusunun sıralarında Yaxın Şərqdəki münaqişələrdə aktiv iştirak etmiş “Firkat Xamza”, “Cabxat an-Nusra”, “Sultan Murad” və digər terror təşkilatlarının, o cümlədən PKK qruplaşmasının üzvlərinin də vuruşduqları diqqətə çatdırılıb. Hərbi əməliyyatlarda iştirak edən terrorçuların bəzilərinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən radio danışıqlarında onların aldandıqları və...

08
Oktyabr

8 Oktyabr

Böyük Britaniyanın nüfuzlu “The London Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadənin Ermənistan-Azərbaycan münaqişəsinə dair məqaləsi dərc olunub.

Səfir Tahir Tağızadə məqalədə yazır: “Son 10 gün ərzində sosial şəbəkələrdə, həmçinin Britaniya mediasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyətlə bağlı böyük məlumat axını baş verib. Bunların arasında hər zaman diqqət çəkən sadə, eyni zamanda, çox güclü bir reallıq elementi var: Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və...