09
Oktyabr

9 Oktyabr

Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliklə bağlı Azərbaycana qardaşlıq dəstəyini davam etdirir.

Qardaş ölkə KİV-ləri cəbhədəki vəziyyətlə bağlı həqiqətləri ən yeni xəbərlərlə dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyalar operativ qaydada təqdim olunur. O cümlədən düşmən ordusunun biabırçı məğlubiyyəti, Paşinyan hökumətinin rəzil vəziyyətinə geniş yer verilir. Oktyabrın 8-də qardaş ölkə mediası Prezident İlham Əliyevin mesajları əsasında təhlillər aparıb, Prezident Rəcəb Tayyib Ərdoğan...

09
Oktyabr

9 Oktyabr

ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində səfir Elin Süleymanovun “ABŞ və digər böyük dövlətlər Ermənistanı təcavüzdən çəkindirməlidir” sərlövhəli müsahibəsi dərc edilib.

Jurnalistin Ermənistan-Azərbaycan münaqişəsində gərginliyin artmasının səbəbi ilə bağlı sualını cavablandıran səfir bildirib ki, son aylarda Ermənistan davamlı olaraq hərbi təxribatlara əl atıb və son gərginlik 12-14 iyulda Azərbaycanla beynəlxalq sərhəddə, Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücuma keçməsinin davamı kimi qiymətləndirilə bilər. O bildirib ki, Avropanın enerji təhlükəsizliyi...

09
Oktyabr

9 Oktyabr

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” telekanalının xəbərlər buraxılışının birbaşa efirində jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında ermənilərin hərbi təcavüzünün davam etməsi barədə suallarını cavablandırıb.

E.Əmirbəyovun sözlərinə görə, zorakılığın sonuncu dəfə genişlənməsinə səbəb bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttinin üç istiqamətindən Azərbaycan mövqelərinə hücum edilməsi ilə bağlıdır. O vurğulayıb ki, erməni tərəfi bu təxribatın lap əvvəlindən Azərbaycanın dinc əhalisini və mülki infrastruktur obyektlərini...

09
Oktyabr

9 Oktyabr

Azərbaycan İlahiyyat İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun “Aldiplomasy” nəşrində dərc olunmuş “Azərbaycan 30 ildir erməni işğalı altında olan torpaqlarını azad edir” sərlövhəli məqaləsində Ermənistanın ərazilərimizin 20 faizini işğal etməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə məhəl qoymaması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, işğalçı ölkənin son hərbi təxribatına cavab olaraq əks-hücum...

09
Oktyabr

9 Oktyabr

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrədə çıxan məşhur “La Tribune de Genève” qəzetinə müsahibə verib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycanın yaşayış məntəqələrinin hər gün Ermənistan ərazisindən raket atəşinə tutulmasını “müharibə cinayətləri” və “beynəlxalq hüququn hiddətləndirici şəkildə pozulması” kimi səciyyələndirərək, beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini pisləməyə çağırır. O, Azərbaycanın heç bir təqsiri olmayan mülki vətəndaşlarının bundan sonra da həlak olmasının qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.

09
Oktyabr

9 Oktyabr

İtaliyanın “L'Opinione” qəzetində italyan jurnalist Domeniko Letisiyanın müəllif olduğu “Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə” sərlövhəli məqalə dərc edilib.

Məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hücumları ilə başlayan fasiləsiz döyüşlər zamanı ölkəmizin mülki əhalisinin və infrastrukturunun atəşə məruz qaldığı bildirilir. Oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni hədəf alması ilə döyüş səhnəsinin Dağlıq Qarabağ və ətraf 7 rayondan kənara çıxdığına, mülki əhalinin yaşadığı Tərtər,...

09
Oktyabr

9 Oktyabr

Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirlərini ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev “RT France” televiziya kanalına müsahibəsində xatırladıb.

Diplomat bildirib ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməyib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin...

09
Oktyabr

9 Oktyabr

Brüsseldə yerləşən “EU Reporter” Avropa multimedia xəbər platformasında “Avropa İttifaqı xarici siyasət platformasında Dağlıq Qarabağda erməni təcavüzkarlığı kimi başağrısı ilə üz-üzə qalıb” adlı məqalə dərc edib.

Məqalədə Avropa İttifaqının COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə qaldığı, qitə iqtisadiyyatının yaz aylarında yaşanan koronavirus pandemiyasının təsirlərinin aradan qaldırmağa başladığı bir dövrdə Avropanın şərq sərhədlərində xarici siyasət sahəsində qarşısı alına bilinən yeni çağırışla – Dağlıq Qarabağda baş verən yeni silahlı toqquşmalarla üzləşdiyi...

09
Oktyabr

9 Oktyabr

İndoneziyanın nüfuzlu “eurasiareview.com” saytında tanınmış jurnalist Veeramalla Anjaiahın “Ermənistan Dağlıq Qarabağdakı müharibənin dayandırılması üçün nə etməlidir?” başlıqlı analitik məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Al Arabia” TV kanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycan torpaqlarından əsgərlərini çıxaracağı və Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan xalqından üzr istəyəcəyi təqdirdə müharibəni dayandırmağa hazır olduğunu söylədiyinə dair bəyanatına istinad edilib. Prezidentin “Tək bir şərtimiz var. Erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan...

09
Oktyabr

9 Oktyabr

Özbəkistanın “tnews.uz”, “fikr.uz”, “islamonline.uz”, “orol24.uz”, “azon.uz”, “interpress.uz” və “interfax.uz” xəbər portalları cəbhə xəttində vəziyyətlə bağlı özbək və rus dillərində materiallar dərc edib.

“Tnews.uz” portalı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində mədəniyyət və tarixi abidələrin dağıdılması ilə əlaqədar məqalə yayıb.

“orol24.uz” portalı Ermənistanın baş nazirinin müşaviri Vaqarşak Arutunyanın “Rossiya 1” telekanalının “Vesti” proqramına müsahibəsində Azərbaycanda vahimə yaratmaq üçün mülki əhalini hədəf seçdiklərini etiraf etməsinə diqqət çəkib.

Məqalələrdə, həmçinin...

09
Oktyabr

9 Oktyabr

Nüfuzlu “Arabnews” qəzeti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunmasını tələb edir” sərlövhəli geniş məqaləsini dərc edib.

Məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bu ildə artıq üçüncü dəfə Azərbaycana qarşı hərbi təxribata əl atması, əhalinin sıx yaşadığı sərhədyanı bölgələrdə mülki obyektləri və evləri artilleriya atəşinə tutduğu qeyd olunur. Azərbaycan Ordusu dinc əhalini düşmən hücumundan qorumaq üçün beynəlxalq hüquqa uyğun şəkildə təcavüzkara qarşı...

09
Oktyabr

9 Oktyabr

Çilinin “Infogate” xəbər agentliyi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş müşaviri Vasif Hüseynovun “Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır” sərlövhəli məqaləsini dərc edib.

Vasif Hüseynovun bu məqaləsində qeyd edildiyi kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, Azərbaycan Ordusunun əks-hücumlarının qarşısında durmağa Ermənistanın canlı qüvvəsi və hərbi texnikası çatmır, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını tələb edir.

Məqalədə diqqətə çatdırılır...

09
Oktyabr

9 Oktyabr

Meksikanın geniş oxucu kütləsinə malik “Excelsior” və “ContraReplica” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibələri dərc olunub.

Müsahibələrdə ilk olaraq münaqişənin tarixi haqda danışan səfir, bəzi KİV-lərdə deyildiyinin əksinə olaraq, Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və yeddi ətraf rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş...