08
Oktyabr

8 Oktyabr

Xarici media

Tacikistanın “avesta.tj” portalında yerləşdirilən məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə PKK terrorçularının, Suriyadan, Livandan, İraqdan gətirilən muzdluların vuruşduqları qeyd olunub.

Məqalədə döyüşlərdə Ermənistan ordusunun sıralarında Yaxın Şərqdəki münaqişələrdə aktiv iştirak etmiş “Firkat Xamza”, “Cabxat an-Nusra”, “Sultan Murad” və digər terror təşkilatlarının, o cümlədən PKK qruplaşmasının üzvlərinin də vuruşduqları diqqətə çatdırılıb. Hərbi əməliyyatlarda iştirak edən terrorçuların bəzilərinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilən radio danışıqlarında onların aldandıqları və vəziyyətin ağır olduğu barədə bir-birinə məlumat vermələri yazıda vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.