30
Sentyabr

30 Sentyabr

Yerli media

Erməni faşistləri Qazyan kəndində dinc sakinlərin evlərini artilleriyadan atəşə tutub (Azərtac)

Erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtərin Qazyan kəndində mülki sakinlərin evlərinə ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Düşmən məqsədli şəkildə mülki əhalini hədəf alır.

Kənd sakini Müşfiq Axundov bildirib ki, kənddə demək olar, bütün evlərə zərər dəyib: “Kəndimizə təkcə ötən gün onlarla evə mərmi düşüb. Ordumuza güvənirik, Allah hərbçilərimizi qorusun. İnşallah qələbə bizim olacaq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.