30
Sentyabr

30 Sentyabr

Yerli media

Gürcü ekspert: Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır (Trend)

Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır.

Bunu gürcü ekspert, professor Elquca Kavtaradze deyib.

O bildirib ki, Dağlıq Qarabağ erməni qoşunları tərəfindən işğal olunub:

“Ona görə də Azərbaycan beynəlxalq hüquq baxımından öz tarixi torpaqlarını qaytarmaq hüququna sahibdir. Yəni, Ermənistan Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməz. Ermənistan hökuməti heç vaxt münaqişənin həll ilə bağlı konstruktiv mövqe tutmayıb”.

Ekspert hesab edir ki, siyasi baxımdan Gürcüstan Azərbaycanı dəstəkləyir, eyni zamanda rəsmi şəxslər hər iki tərəfi danışıqlar masasına oturmağa çağırır:

“Əgər hər iki tərəf danışıqlar masasına otursa, bunu Gürcüstanda etmək məqsədəuyğun olar. Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır. İşğal olunmuş əraziləri öz sahibinə, Azərbaycana qaytarmaq lazımdır”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.