30
Sentyabr

30 Sentyabr

Yerli media

Xoyskinin nəvəsi: "Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq" (Report)

“Azərbaycana dualarımı göndərirəm. İnanıram ki, nəhayət, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlar işğaldan azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”.

Bunu Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi 90 yaşlı Leyla xan Xoyski deyib.

“Səhərdən axşamadək televiziya kanallarını izləyirəm. Türk kanalları Azərbaycandan geniş xəbərlər verirlər. Bəzən Azərbaycan televiziyalarından da xəbər alıram. Elə gözəl, sırayla məlumat verirlər ki, çox sevinirəm. Qulağım bir qədər zəif eşidir, ona görə də televizora yaxın otururam. Onlara deyirəm ki, hər şey yaxşı olacaq, heç narahat olmasınlar. Azərbaycan oğulları ilə fəxr edirəm və Azərbaycan əsgəri üçün bütün günü dua edirəm. Artıq torpaqlarımızın bir hissəsi geri alınıb. Azərbaycan əsgərləri dayanmadan irəli getsinlər. Hiss edirəm ki, nəhayət, Qarabağa getməyə hazırlaşa bilərik. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların qanı yerdə qalmayacaq”, - Leyla xan Xoyski bildirib.

Qeyd edək ki, Leyla xan Xoyski Türkiyədə yaşayır. 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.