Yerli media
Ağcabədinin kəndlərində onlarla ev dağılıb, yaralananlar var: Dünya bu barbarlığa hələ də səssiz qalır (Azərtac)
İşğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Bunun nəticəsində mülki obyektlərə, dinc əhalinin, eləcə də dövlət əmlakına külli miqdarda ziyan vurulub.
Düşmənin artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun Hindarx qəsəbəsində, Göyük, Hacılar, Minəxorlu, Arazbar, Yuxarı Qiyaməddinli, Poladlı, Biləğan, Sarıcalı, Boyat kəndlərində onlarla ev dağılıb, yaralananlar var. Həmçinin infrastruktura ziyan dəyib, mal-qara tələf olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.