Yerli media
Düşmən Zobucuq qəsəbəsini və mərkəzi xəstəxananı hədəf alıb: Erməni faşistlərinin insanlıq əleyhinə cinayətləri davam edir (Azərtac)
Erməni hərbçiləri ağır artilleriyadan istifadə etməklə Füzuli rayonunda məcburi köçkünlər üçün salınan Zobucuq qəsəbəsini və mərkəzi xəstəxananı vurub.
Dinc əhalinin yaşadığı yerləri və hərbi məqsədlər daşımayan xəstəxanalara qəsdən zərbələr endirmək insanlıq əleyhinə cinayət sayılır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.