Zəfərin yolu
Özbəkistanın “interpress.uz” xəbər portalı rus dilində “Ermənilər obyektivliyə qarşı: İndi onlar İtaliyanın “La Repubblica” qəzetini təhdid edir” sərlövhəli məqalə çap edib.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan İtaliyanın “La Repubblica” qəzeti və jurnalist Peitro Del Renin İtaliyada yaşayan erməni lobbisinin təhqir və təhdidləri ilə üzləşib.
Jurnalistin "Cənab Prezident, Siz artıq qələbəni dadmısınız” sualına Azərbaycan Prezidenti İlham Əliyevin bu cavabı ermənilərin xoşuna gəlməyib: “Bizim vəzifəmiz Azərbaycanın...
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad olunması ilə əlaqədar materiallar yayıb.
Materiallarda bildirilir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Sonra Prezident İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın erməni işğalçılarından azad olunması ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.
Misirin “Aldiplomasy” informasiya portalı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz xalqına Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini verdiyini yazıb.
Portalın “Prezident İlham Əliyev: Əziz Şuşa, sən azadsan!” sərlövhəli xəbərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciəti yer alıb: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm...
Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti Misirin “Asiaelyoum” informasiya agentliyinin baş xəbəri kimi yerləşdirilib.
Yayılan xəbərdə dövlətimizin başçısının noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciəti yer alıb: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün...
Türkiyənin Anadolu agentliyi Şuşa şəhərinin erməni tapdağından azad edilməsi ilə bağlı infoqrafika hazırlayıb.
Oxucuda aydın təsəvvür yaratmaq məqsədilə bölgənin xəritəsi rənglər üstündə işlənib. Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən azad etmək üçün başladığı zəfər yolunun trayektoriyası yaşıl rəngə boyanıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqına bugünkü müraciətində 28 il sonra Şuşanın Ermənistanın işğalından qurtarılması barədə müjdəli xəbər verib.
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat müşaviri Emil Rəhimov “Almasryalyoum” nəşrinə müsahibəsində erməni bəlasını COVID-19 pandemiyası ilə müqayisə edib. Bildirib ki, Azərbaycan hər iki “virusun” öhdəsindən uğurla gəlir.
Diplomat Şuşanın işğaldan azad edilməsi gününün Azərbaycan xalqı üçün azadlıq uğrunda mübarizə tarixinin ən əlamətdar səhifəsi kimi yaddaşlarda qalacağını qeyd edib. “Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda müzəffər Azərbaycan Ordusu erməni tipli virusla da mübarizə aparır....
Almaniyanın “Berliner Zeitung” qəzetində “Azərbaycan: ərazisi işğala məruz qalmış ölkə” adlı məqalə dərc edilib.
Məqalənin müəllifi hazırda Frankfurt Sülh Araşdırmaları İnstitutunda elmi araşdırma aparan ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayevdir.
Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin yaranması və inkişaf dinamikasını təhlil edir. O, problemin yalnız etnik münaqişə kimi təqdim olunmasını tənqid edir.
Müəllif bildirir ki, bu münaqişə, ilk növbədə, Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş və...
Şuşa şəhərinin işğaldan azad edilməsi İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyi (UNA) və Misirin informasiya portallarında geniş işıqlandırılıb.
Xəbərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdən əsas məqamlar yer alıb.
Misirin "Masrawy", "Alkhabralmasry" və “Almasryalyoum” informasiya portalları isə Prezident İlham Əliyevin xalqa müraciətinin...
Prezident İlham Əliyev bu gün Azərbaycanın qədim şəhəri Şuşanın erməni işğalından azad olunması xəbərini elan edib.
Bu tarixi qələbə İspaniyanın qocaman nəşrlərinin, xəbər portallarının diqqət mərkəzində olub.
EFE xəbər agentliyi, İspaniyanın qocaman qəzetlərindən biri olan “La Vanguardia” və “Eldiario” onlayn nəşri Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyevin...
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunması barədə məqalə yayıb.
Bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətinə geniş yer verilən məqalədə 28 ildən bəri işğal altında saxlanılan Şuşanın düşmən tapdağından azad edildiyi vurğulanıb. Azərbaycan Prezidentinə istinadən bildirilib ki, bu müddət ərzində münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi heç...
Moldovanın informasiya portalları Azərbaycanın Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsinə dair məlumatlar dərc edib.
Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsinə dair xalqa müraciəti yer alıb.
Həmçinin vurğulanıb ki, Prezidentin müraciətindən sonra xalq küçələrə çıxaraq Şuşanın azad olunmasını sevinclə qeyd edib.
Küveytin ingilis dilli “KuwaitTimes” qəzetində “Azərbaycan silahlı qüvvələri Qarabağın əsas şəhəri olan Şuşanı azad etdi” başlıqlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi bildirib ki, məqalədə Bakı şəhərindən insanların Şuşa şəhərinin azad olunması ilə bağlı sevinclərini əks etdirən foto şəkil yer alıb.
Bildirilib ki, bazar günü televiziya ilə xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev şəhərin azad edildiyini elan edib və 8 noyabrı "Şuşaya qayıtdığımız"...
Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycanın Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasına dair Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb.
Ukrinform, UNİAN, “RBK-Ukrayna”, informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialoq” “TCN” və digər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin fikirləri yer alıb.
“Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçımızın fikirləri qeyd olunub.
Azərbaycan Ordusu Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş şəhərlərini azad edir.
Bu barədə Yaponiyanın nüfuzlu “Asahi shimbun” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də xalqa müraciətində Dağlıq Qarabağın böyüklüyünə görə ikinci şəhəri olan Şuşanı geri qaytardıqlarını bəyan edib.
Məqalədə Şuşanın coğrafi mövqeyi barədə məlumat da əksini tapıb. Bildirilib ki, bu şəhər Dağlıq Qarabağın mərkəzi sayılan Xankəndidən təqribən 15 kilometr cənubda yerləşir.
Yazıda...