Xarici media
Moldovanın informasiya portalları Azərbaycanın Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsinə dair məlumatlar dərc edib.
Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad edilməsinə dair xalqa müraciəti yer alıb.
Həmçinin vurğulanıb ki, Prezidentin müraciətindən sonra xalq küçələrə çıxaraq Şuşanın azad olunmasını sevinclə qeyd edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.