08
Noyabr

8 Noyabr

Xarici media

Küveytin ingilis dilli “KuwaitTimes” qəzetində “Azərbaycan silahlı qüvvələri Qarabağın əsas şəhəri olan Şuşanı azad etdi” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi bildirib ki, məqalədə Bakı şəhərindən insanların Şuşa şəhərinin azad olunması ilə bağlı sevinclərini əks etdirən foto şəkil yer alıb.

Bildirilib ki, bazar günü televiziya ilə xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev şəhərin azad edildiyini elan edib və 8 noyabrı "Şuşaya qayıtdığımız" gün kimi "Azərbaycan xalqının tarixinə düşəcəyini" söyləyib. “Qurtuluş yürüşümüz davam edir. İşğal olunmuş ərazilər tamamilə azad olunana qədər sona qədər gedəcəyik”, - deyə Prezident İlham Əliyevin sözləri qeyd olunub.

Vurğulanıb ki, şəhərin azad olunması 90-cı illərdə Azərbaycanın nəzarətindən çıxan Dağlıq Qarabağ üzərində tam üstünlüyə nail olması deməkdir. Alınmaz qala olan Şuşa Dağlıq Qarabağın əsas şəhəri Xankəndindən 15 kilometrlik məsafədə, separatçılara dəstək olan Ermənistan ərazisinə gedən əsas yolda yerləşir.

Bayraq dalğalandıran azərbaycanlılar Prezident İlham Əliyevin açıqlamasından sonra qələbəni qeyd etmək üçün paytaxt Bakının küçələrinə çıxıblar.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.