Xarici media
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat müşaviri Emil Rəhimov “Almasryalyoum” nəşrinə müsahibəsində erməni bəlasını COVID-19 pandemiyası ilə müqayisə edib. Bildirib ki, Azərbaycan hər iki “virusun” öhdəsindən uğurla gəlir.
Diplomat Şuşanın işğaldan azad edilməsi gününün Azərbaycan xalqı üçün azadlıq uğrunda mübarizə tarixinin ən əlamətdar səhifəsi kimi yaddaşlarda qalacağını qeyd edib. “Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda müzəffər Azərbaycan Ordusu erməni tipli virusla da mübarizə aparır. Əgər COVID-19-u alimlərin hazırladığı dərmanlarla sağaltmaq mümkündürsə, tarix də göstərib ki, “erməni virusu”nu müalicə etmək, ondan qurtulmaq üçün daha kardinal addımlar atmaq lazımdır. Biz hamımız bunun bariz nümunəsini noyabrın 8-də - Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Qarabağın ürəyi olan Şuşa şəhərinin azad edilməsi timsalında gördük.