Xarici media
Türkiyənin Anadolu agentliyi Şuşa şəhərinin erməni tapdağından azad edilməsi ilə bağlı infoqrafika hazırlayıb.
Oxucuda aydın təsəvvür yaratmaq məqsədilə bölgənin xəritəsi rənglər üstündə işlənib. Müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən azad etmək üçün başladığı zəfər yolunun trayektoriyası yaşıl rəngə boyanıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqına bugünkü müraciətində 28 il sonra Şuşanın Ermənistanın işğalından qurtarılması barədə müjdəli xəbər verib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.