08
Noyabr

8 Noyabr

Xarici media

Almaniyanın “Berliner Zeitung” qəzetində “Azərbaycan: ərazisi işğala məruz qalmış ölkə” adlı məqalə dərc edilib.

Məqalənin müəllifi hazırda Frankfurt Sülh Araşdırmaları İnstitutunda elmi araşdırma aparan ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayevdir.

Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin yaranması və inkişaf dinamikasını təhlil edir. O, problemin yalnız etnik münaqişə kimi təqdim olunmasını tənqid edir.

Müəllif bildirir ki, bu münaqişə, ilk növbədə, Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş və beynəlxalq sülhü, təhlükəsizliyi təhdid edən bir münaqişədir.

Xatırladaq ki, bu günlərdə Frankfurt Sülh Araşdırmaları İnstitutunun nəşri A.Babayevin “Dağlıq Qarabağ: İkinci Ermənistan-Azərbaycan müharibəsi niyə baş verdi?” adlı məqaləsini də dərc edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.