09
Noyabr

9 Noyabr

Rumıniyanın qabaqcıl KİV-ləri, o cümlədən “News24hours” xəbər portalı Azərbaycanın tarixi Şuşa şəhərinin işğaldan azad olunması barədə məlumat verib.

Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağın əsas şəhəri olan Şuşanın erməni işğalından azad olunması barədə Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib. Şuşa uğrunda döyüşlərin Azərbaycan xalqının tarixi qələbəsi olduğu bildirilib. Şuşa şəhərinin 28 il erməni işğalı altında olduqdan sonra nəhayət ki, azad olunması vurğulanıb.

09
Noyabr

9 Noyabr

Azərbaycanın əziz bayramı – Bayraq Günündə Şuşada dalğalanan dövlət bayrağı igid azərbaycanlı əsgərlərin Ermənistan silahlı qüvvələri üzərində parlaq qələbəsinin rəmzinə çevrilib.

Misirin “Aldiplomasy” internet portalının baş redaktoru Əşrəf Əbo Urafənin məqaləsi bu sözlərlə başlayır.

Misirli jurnalist qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında ən mühüm qələbəsi məhz Bayraq Gününə təsadüf edib. 2009-cu il noyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən bu əlamətdar...

09
Noyabr

9 Noyabr

İndoneziyanın kütləvi-informasiya vasitələri Azərbaycan Ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasını geniş işıqlandırıb.

İndoneziyanın “respublika.co.id”, “inews.id”, “kompas.tv”, “minanews.net”, "medcom", “senayapost.com” və digər KİV-ləri bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətindən sitatlara geniş yer veriblər.

Məqalələrdə 28 ildən bəri işğal altında saxlanılan...

09
Noyabr

9 Noyabr

Avstraliyanın nüfuzlu “SBS news” portalı Azərbaycan Ordusunun Dağlıq Qarabağın strateji şəhəri hesab olunan Şuşanı azad etməsindən yazıb.

Portalın yaydığı məlumatda Şuşanın azad edilməsi Azərbaycan Ordusunun altı həftədir davam edən əməliyyatları arasında ən uğurlusu hesab olunur. Şəhərin coğrafi mövqeyinin də yer aldığı məqalədə qala-şəhərin qayalar üstündə, Dağlıq Qarabağın mərkəzi şəhəri hesab edilən Xankəndi ilə Ermənistanı birləşdirən yol üzərində yerləşdiyi qeyd edilir.

Şuşanın azad edilməsi barədə məlumatın...

09
Noyabr

9 Noyabr

Misirin kütləvi informasiya vasitələrində ölkəmizin Qahirədəki səfirliyinin Azərbaycanın Dövlət Bayrağı Günü haqqında hazırladığı məqalə yayılıb.

Misirin "Almasryalyoum”, “Akhbarelyom”, “Dostor” və “Aldiplomasy” informasiya portallarında dərc olunan məqalədə 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə bu əlamətdar günün hər il ölkəmizdə geniş qeyd olunduğu bildirilir. Vurğulanır ki, ötən illərdən...

09
Noyabr

9 Noyabr

Gürcüstan mətbuatı noyabrın 9-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibəsindən, yeni ərazilərin erməni işğalından azad edilməsi, eləcə də şanlı Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı xilaskarlıq əməliyyatları barədə silsilə məlumatlar yayıb.

“report.ge”, “24news.ge”, “interpressnews.ge”, “aktual.ge”, “interpress.ge” informasiya portalları, eləcə də bir sıra televiziyalar oxuculara və tamaşaçılara Azərbaycan, rus, ingilis və gürcü dillərində məlumatlar təqdim ediblər.

Materiallarda Müzəffər Ali Baş Komandana istinadən daha 30-dan çox Azərbaycan...

09
Noyabr

9 Noyabr

Özbəkistanın “kun.uz”, “Interpress.uz”, “omma.uz”, “xabar.uz”, “daryo.uz” portalları Şuşanın işğaldan azad olunması ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.

Məqalələrdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətindən sitatlar verilib.

Həmçinin bildirilib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması ilə əlaqədar 4 qətnamə qəbul edib, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının,...

09
Noyabr

9 Noyabr

İran mətbuatı Prezident İlham Əliyevin Azərbaycanın qədim şəhəri olan Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqa müraciəti və bəyanatlarına geniş yer ayırıb.

İranın “Tasnim news”, İRNA, “Entekhab”, “Fararu”, “Borna news”, “Khabaronline” saytları Prezident İlham Əliyevin xalqa müraciətinə istinad edərək, Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad edildiyini bildirib.

“Fararu” saytı isə Prezident İlham Əliyevin çıxışının videosunu yerləşdirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağın tamamilə işğaldan azad olunacağını bəyan edib. Bunun...

09
Noyabr

9 Noyabr

“Los-Angeles Times” qəzetində azərbaycanlı məcburi köçkünlər barədə material dərc edilib. Onlar ölkənin beynəlxalq aləmdə tanınmış və Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərinin azad edilməsini səbirsizliklə gözləyirlər.

Məqalənin müəllifi, jurnalist Nabi Bulos Dağlıq Qarabağın özündən olan məcburi köçkünlərin taleyi barədə yazır. Onlardan biri Riza Həsənovdur. Məqalədə qeyd edilir ki, 1990-cı illərdə gedən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ona bitişik yeddi rayona, o cümlədən, Həsənovun yaşadığı...

09
Noyabr

9 Noyabr

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin “Rede TV” kanalının “Por Brasilia” proqramına müsahibə verib.

Səfirlik bildirib ki, müsahibədə E.Poluxov Azərbaycan-Braziliya münasibətlərindən danışıb, ölkəmizin iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib, bu sahədə mövcud potensialın tam istifadə olunmadığını və bunun üçün hər iki ölkənin dövlət orqanlarının işinin fəallaşdırılmasının vacibliyinin söyləyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən səfir vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı...