08
Noyabr

8 Noyabr

Xarici media

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad olunması ilə əlaqədar materiallar yayıb.

Materiallarda bildirilir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Prezident İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın erməni işğalçılarından azad olunması ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.