08
Noyabr

8 Noyabr

Xarici media

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycanın Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasına dair Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb.

Ukrinform, UNİAN, “RBK-Ukrayna”, informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialoq” “TCN” və digər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin fikirləri yer alıb.

“Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə dövlət başçımızın fikirləri qeyd olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.