22
Oktyabr

22 Oktyabr

Litvada böyük oxucu kütləsinə malik “Alkas” xəbər portalında Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin videomüsahibəsi dərc olunub.

Müsahibədə səfir Tamerlan Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi və hüquqi aspektləri, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və təxribatları, eləcə də mülki əhalinin, infrastrukturun və mədəni abidələrin atəşə məruz qalması, o cümlədən torpaqlarımızın işğalının regiondakı...

22
Oktyabr

22 Oktyabr

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yaxınlığında yerləşən və 24 min nəfər əhalisi olan Tərtər şəhəri bir neçə həftədir Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutularaq dağıdılıb.

Bu barədə Fransanın “Le Figaro” qəzeti dərc olunan “Erməni mərmiləri nəticəsində dağıdılmış Tərtərdə” sərlövhəli məqalədə bildirilib. Qəzet bütöv bir səhifəni Tərtərin erməni silahlı qüvvələri tərəfindən dağıdılması barədə yazılara həsr edib.

Nəşrdə Tərtər şəhərində dinc əhalinin ermənilər tərəfindən top...

22
Oktyabr

22 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Rusiyanın “Dojd” xəbər kanalının efirində bildirib ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsində maraqlı deyil və Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti çətinləşdirmək üçün əlindən gələn hər şeyi edir.

F.Axundov ABŞ Dövlət katibi Maykl Pompeonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı məsləhətləşmələri ilə əlaqədar gözləntilər barədə məsələni şərh edərək deyib: “Nikol Paşinyanın münaqişənin diplomatik yolla həll edilməməsi ilə...

22
Oktyabr

22 Oktyabr

İsveçrə Federal Parlamentində ən çox oxunan qəzet olan “Weltwoche”də Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın erməni yalanlarını ifşa edən geniş müsahibəsi dərc edilib. Qeyd edək ki, “Weltwoche” qəzetində ilk dəfədir Azərbaycanla bağlı məqalə isveçrəli oxuculara təqdim edilir.

Müsahibədə jurnalistə Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir cari ilin iyul, avqust aylarında həm iki ölkə sərhədində, həm təmas xəttində Ermənistan tərəfindən hücum...

22
Oktyabr

22 Oktyabr

Fransa Milli Assambleyasının deputatı, Xarici işlər komissiyasının üzvü Jan-Lük Reytzer “Bourse Plus” qəzetinə müsahibəsində Azərbaycanın haqlı olduğunu sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğunu qeyd edib.

Sədaqətli olduğum üçün kiminsə tərəfini tutmayacaq, kimin haqlı və ya kimin səhv etdiyini deməyəcəyəm. Ancaq Azərbaycanın haqlı olduğunu sübut edən BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bu qətnamələr təsdiqləyir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir. Azərbaycanın tələblərini dəstəkləyən hüquqi əsaslar mövcuddur.

Mətbuatda bəzən deyilir...

22
Oktyabr

22 Oktyabr

Misirli yazıçı və tədqiqatçı, “Qarabağ: Qafqazda sülhə aparan yol” kitabının müəllifi Əhməd Abdo Tərabik “Alwasela” qəzetində dərc etdirdiyi məqaləsində görkəmli fransız yazıçı və diplomatların ermənilərin miskin və məkrli xisləti haqqında fikirlərini paylaşıb. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökumətinin Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqedən çıxış etdiyini vurğulayan tədqiqatçı Misir ictimaiyyətini fransız mütəfəkkirlərin “əzabkeş xalq” barədə söylədikləri ilə tanış edir.

Məqalə görkəmli fransız...

22
Oktyabr

22 Oktyabr

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı yeni hücumlar səbəbindən bölgədə yaranmış hərbi gərginliyi gündəmdə saxlamaqdadır.

Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti, Tvitter hesabında paylaşımları, eləcə də cəbhə bölgəsində baş verən proseslərlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatları, həmçinin Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin vəziyyətlə bağlı açıqlamaları qardaş ölkə KİV-lərində sürətlə yayılır.

Türkiyə mediası yazır...

22
Oktyabr

22 Oktyabr

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin diplomatik yolla həllinin olmaması barədə fikirlərinin yer aldığı məqalə yerləşdirilib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Nikol Paşinyanın məlum bəyanatına əsasən Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmaması barədə açıqlamasına istinad edilib: “Ermənistanın baş nazirinin...

22
Oktyabr

22 Oktyabr

Misirin “Garbnews” informasiya portalı və “Aldiplomasy” internet nəşri Ermənistanın yenidən Azərbaycanın yaşayış məntəqələrinə raket hücumu barədə xəbərlər yayıblar.

Xəbərlərdə bildirilir ki, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, 120-dən çox yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan oktyabrın 22-də səhər saatlarında Siyəzən, Qəbələ və Kürdəmir rayonlarını raket atəşinə tutub.

Qeyd olunub ki, Qəbələdə bir nəfər dinc sakin müxtəlif dərəcəli bədən...

22
Oktyabr

22 Oktyabr

Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır, bu mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb, münaqişənin həllində müsbət nəticə əldə etmək üçün indi görülən tədbirlər kifayətedicidir.

Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Andrey Krasnov RİA Novosti agentliyinə bildirib.

Xatırladaq ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin jurnalistlərə verdiyi müsahibədə desant çıxarması əməliyyatını Rusiyanın Dağlıq Qarabağdakı...

22
Oktyabr

22 Oktyabr

“İran” qəzetində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun müsahibəsi dərc olunub.

Səfir Ermənistanın yalan təbliğatını ifşa edərək Azərbaycanın erməni separatizmi ilə üz-üzə qaldığını bildirib və cəbhə xətindəki vəziyyət barədə danışıb.

Qeyd olunub ki, Azərbaycanın radikal dini qruplardan istifadə etməsi barədə Ermənistanın yalan xəbərlər yayması həqiqətə uyğun deyil. Əvvəla, buna ehtiyac yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər döyüş qabiliyyətinə və ən müasir hərbi təchizata malikdir. Bunu işğal olunan ərazilərin ordumuz tərəfindən...

22
Oktyabr

22 Oktyabr

Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radiosunda Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi və Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyəti barədə müsahibəsi efirə gedib.

Münaqişənin tarixindən danışan səfir Ermənistanın Azərbaycana qarşı uzun illər ərazi iddiaları ilə çıxış edərək beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Meksika tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu 30 ilə yaxındır hərbi işğalda saxladığını və bu...

22
Oktyabr

22 Oktyabr

Azərbaycanın Yunanıstandakı və Albaniyadakı səfiri Anar Hüseynov “Albanian Daily News” qəzetinə müsahibə verib. Məlumat çap və elektron variantlarda dərc olunub.

Müsahibədə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən Cənub Qaz Dəhlizinin vacib seqmenti olan TAP layihəsinin Albaniya və Azərbaycan arasında münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Enerji sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı, qarşılıqlı sərmayə yatırımı, təhsil, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə...

22
Oktyabr

22 Oktyabr

Argentinanın “Clarin” milli gündəlik qəzetinin internet portalında “İlham Əliyev İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirir” başlıqlı məqalə dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Silahlı Qüvvələri tərəfindən İranla sərhədin tam nəzarətinin bərpa edildiyini bildirdiyi qeyd edilir.

Argentina nəşri Azərbaycan Prezidentinin “Twitter” səhifəsində yaydığı məlumatdan sitat gətirir: Azərbaycan ordusu Füzulidə üç kəndi, Cəbrayılda dörd kəndi, habelə Zəngilan rayonunun 13 kəndini və Ağbənd qəsəbəsini azad...

22
Oktyabr

22 Oktyabr

Moldovanın “Tribuna”, NOİ.MD, AVA.MD informasiya portalları Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun bəyanatını yayıb.

Bəyanatda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının yeni tarix yaratdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad edir.

Döyüş meydanında məğlub olan Ermənistan müharibə cinayətlərini davam etdirərək, Azərbaycanın cəbhə bölgəsindən uzaq yerləşən şəhər və rayonlarını - Gəncə, Mingəçevir, Siyəzən, Qəbələ, Kürdəmir və digər yaşayış məntəqələrini...

22
Oktyabr

22 Oktyabr

Özbəkistanın “Interpress.uz”, “kun.uz”, “qalampir.uz”, “zamin.uz” portalları Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, rayon və kəndlərini atəşə tutmasını pisləyir, bildirilir ki, yaşayış məntəqələrinin raket atəşinə tutulması beynəlxalq konvensiyalara ziddir.

“Interpress.uz” portalı işğaldan azad olunmuş Zəngilandakı yarımdağıdılmış məscidi ermənilərin donuz damına çevirmələri ilə bağlı məqalə çap edib. Yazıda ermənilərin bu hərəkətinin beynəlxalq humanitar normalara zidd olduğu bildirilir və pislənir.

Məqalədə...

22
Oktyabr

22 Oktyabr

Özbəkistanın “human.uz”, “nargiz.uz” portalları Ermənistanın təcavüzkar siyasəti haqqında özbək və rus dillərində geniş məqalələr çap edib.

“human.uz” portalı xəbər verir ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Gəncəyə və ermənilərin atəşə tutduğu rayonlara getdikdən, oradakı dağıntıları gördükdən sonra bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Bu səfərlər zamanı mən raket zərbələrinin ağır nəticələrini öz gözlərimlə gördüm. Gördüyüm hər şeydən sarsılmışam: ən kədərlisi odur ki, günahsız insanlar həlak olur.

22
Oktyabr

22 Oktyabr

Özbəkistanın “kun.uz”, “qalampir.uz” və “azon.uz” portalları Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı özbək və rus dillərində məqalələr dərc edib.

Məqalələrdə Azərbaycan ordusunun günbəgün irəliləməsindən və torpaqları işğaldan azad etməsindən danışılır. Bununla yanaşı, Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında da məlumat verilir.


22
Oktyabr

22 Oktyabr

Meksika mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzü və törətdiyi müharibə cinayətləri haqqında məqalə dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyini bildirib ki, bu ölkənin nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin “Azərbaycan Ermənistanla niyə müharibədədir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Azərbaycan...