22
Oktyabr

22 Oktyabr

Xarici media

Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı yeni hücumlar səbəbindən bölgədə yaranmış hərbi gərginliyi gündəmdə saxlamaqdadır.

Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti, Tvitter hesabında paylaşımları, eləcə də cəbhə bölgəsində baş verən proseslərlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatları, həmçinin Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin vəziyyətlə bağlı açıqlamaları qardaş ölkə KİV-lərində sürətlə yayılır.

Türkiyə mediası yazır ki, Azərbaycan xalqı Ermənistanın vəhşiliyinə qarşı daha sıx birləşir. Hazırda “Qarabağ Azərbaycandır!”, “Hər şey Qarabağ üçün!”, “Vətən sağ olsun!” şüarları Azərbaycan xalqının həyat devizinə çevrilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.