22
Oktyabr

22 Oktyabr

Xarici media

Misirin “Garbnews” informasiya portalı və “Aldiplomasy” internet nəşri Ermənistanın yenidən Azərbaycanın yaşayış məntəqələrinə raket hücumu barədə xəbərlər yayıblar.

Xəbərlərdə bildirilir ki, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, 120-dən çox yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan oktyabrın 22-də səhər saatlarında Siyəzən, Qəbələ və Kürdəmir rayonlarını raket atəşinə tutub.

Qeyd olunub ki, Qəbələdə bir nəfər dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 5 evə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini raketlə hədəfə alıb. Lakin raketin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.

Misir saytları, həmçinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlanıldığını da qeyd ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.