22
Oktyabr

22 Oktyabr

Xarici media

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yaxınlığında yerləşən və 24 min nəfər əhalisi olan Tərtər şəhəri bir neçə həftədir Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və raket atəşinə tutularaq dağıdılıb.

Bu barədə Fransanın “Le Figaro” qəzeti dərc olunan “Erməni mərmiləri nəticəsində dağıdılmış Tərtərdə” sərlövhəli məqalədə bildirilib. Qəzet bütöv bir səhifəni Tərtərin erməni silahlı qüvvələri tərəfindən dağıdılması barədə yazılara həsr edib.

Nəşrdə Tərtər şəhərində dinc əhalinin ermənilər tərəfindən top atəşinə tutulması, mülki evlərin dağıdılması müfəssəl şəkildə təsvir edilib.

Qəzet azərbaycanlı hərbi ekspert Heydər Mirzənin müsahibəsinə də yer ayırıb. Hərbi ekspert deyib ki, Azərbaycan Ordusunun irəliləməsinə və artan üstünlüyünə mane olmaq üçün Yerevan xarici müdaxiləyə ümid edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.